Madrid “Real”ı ciddi itki ilə üzləşib.
Lent.az-ın məlumatına görə, komandanın kapitanı Serxio Ramos sıradan çıxıb.
Təcrübəli müdafiəçi İspaniya Superkubokunun “Atletiko” ilə keçirilən finalında zədələnib. Ayaq biləyindən xəsarət alan Ramos tibbi müayinədən keçib. Məlum olub ki, 33 yaşlı futbolçu 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, “Real” “Atletiko” ilə görüşün penaltilər seriyasında qələbə qazanaraq İspaniya Superkubokunun qalibi olub.